14 Avqust 2016 21:15
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Şurasınln dəstəyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzi "Ekstremal jurnalistlərin təcrübə poliqonu" adlı layihə başa çatıb.

Teleqraf.com xəbər verir ki, cəbhəyanı bölgədə keçirilən təlim zamanı jurnalistlərə müharibə şəraitində xəbər əldə etmək, hazırlamaq və yaymaq, eyni zamanda dövlətin maraqlarının qorunmasının yolları öyrədilib. Layihənin keçirilməsində məqsəd təhlükəli vəziyyətdən (döyüş yerindən, cəbhədən, terrordan) media materialı hazırlamağın hüquqi-təcrübi-psixoloji normativlərini, yəni cəbhə xəbərlərini yayan jurnalistlərə davranış peşəkarlığını öyrətmək olub.

Jurnalistlər 7 gün ərzində hərbi təlim anlayışı, təhlükəli zonalda zirehli texnikadan yararlanma tələbləri, silahların tanıdılması, olay yerinə fərqli relyeflərdən getmə, səngərdə davranma, fartifikasiya qurğularından istifadə, döyüşçülərlə qarşılıqlı münasibətlərin tənzimlənməsi, hərbi obyektlərdə jurnalistlərin qarşılaşa biləcəkləri problemlərdən qorunma, gərəkən informasiyanı vermə, hərbi sirrin qorunması tələbləri, minadan qorunma və minalanmış ərazidə davranış qaydaları mövzularında nəzəri və praktiki məşğələlər keçirilib. Jurnalistlər təlim müddətində cəbhəyanı kəndlərdə yerli əhali ilə görüşüb və söhbətlər aparıblar. Ümumilikdə təlim zamanı media işçiləri Tovuz, Ağstafa, Şəmkir rayonlarında olublar.

Samir İsayev


Müəllif:

Oxşar xəbərlər