15 Avqust 2016 12:18
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə - heroin aşkar olunub

Komitədən Teleqraf.com-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları İrandan gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi “DAF” markalı GP6925/N6775 nömrəli yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirib və bu zaman avtomobilin döşəməsindəki gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.

Bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsinin döşəməsinin altındakı gizli saxlanc yerlərindən xeyli miqdarda narkotik vasitə - ümumi çəkisi 141 kiloqram 156 qram olan heroin aşkar olunub.
Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan transit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər