2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilir.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2016-2017- ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu çərçivəsində 1070 nəfər qeydiyyatdan keçib.
Peşə məktəblərində təhsil almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılır. Qeydiyyat avqustun 26-da başa çatacaq.
Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə keçirdiyi “ASAN peşə” layihəsi, ilk növbədə pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılır.
Dövlət vəsaiti hesabına 2016-2017-ci tədris ili üzrə Bakı şəhərindəki 26 ilk peşə-ixtisas təhsili müəssisəsinə 3580, Gəncə şəhərindəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 600 şagird qəbulu nəzərdə tutulub.
İlhamə ƏBÜLFƏT