Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Ağdaş şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş avqustun 26-da saat 10:00-da Ağdaş şəhərində
yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Xiyabanı 5) olacaq.
Nazir Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün nazirliyin elektron poçt ünvanları, 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etmələri xahiş olunur.
İlhamə ƏBÜLFƏT