Lənkəranda dənizdə batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 15-də Lənkəran rayonunda dənizdə batmış 2001-ci il təvəllüdlü İslamzadə Elman Eldar oğlunun cəsədi batdığı yerdən 500 metr aralıda Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb.
Lənkəran rayonun Göyşaban kənd sakini Elmar İslamzadə avqustun 15-də Lənkəranın “Kiçik bazar” ərazisində dənizdə çimərkən batıb.
İlhamə ƏBÜLFƏT