Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, Ağdam rayonunda Zəngişalı kəndi ərazisində – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış 9M22U - Qrad raketin və top mərmilərinin qalıqları aşkar edilərək göturülmüş, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb. Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri, partlamış 9M22U - Qrad raketin və top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.
Tərtər rayonunda Həsənqaya kəndi ərazisində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülmüş, nəticə etibarilə 6 500 kv.m ərazi yoxlanılıb. Cəmi: 1 otlaq sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 500 kv.m ərazi yoxlanılıb.
16 avqust tarixində 3 əkin sahəsi və 1 otlaq sahəsində 6 partlayış yerinə baxış keçirilib, partlamış 9M22U - Qrad raketin və top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 13 500 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 16 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.