Demoqrafiya sahəsində maraqlı araşdırmaları ilə tanınan ekspert Cozef Çeymi artıq 15 ildən sonra bir sıra ölkələrdə gənc nəslin qalmayacağını bildirib. Onun fikrincə, bu sıraya Yaponiya, Kanada, İtaliya, Fransa da daxil olmaqla, 30 ölkə aiddir. Hazırda bu dövlətlərdə yaşlı nəsil çoxluq təşkil edir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmalar qeyd olunan rəqəmin sürətlə artdığını və 2030-cu ildə yaşlıların sayının gəncləri keçəcəyini göstərir. Maraqlı məqamlardan biri də müvafiq problemin yaşanmadığı yeganə qitənin Afrika olmasıdır.