24 Avqust 2016 00:35
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar yaradacaq.

Buğa - adi günlərdən fərqli olaraq, daha çox yorulacaqsınız. Maraqlı işlə məşğul olmaq, faydalı məlumatlar əldə etmək olar. Axşam saatları yaxın dostlarla gəzinti və istirahət üçün faydalıdır.

Əkizlər - mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana həvalə etmək olar. İnsanların gur olduğu yerə yollanmayın.

Xərçəng - sakit və məhsuldar zamandır. Xüsusi maraq kəsb edən işlə məşğul olaraq onu məntiqli şəkildə başa vurun. Faydalı tanışlıqlar əldə etmək, təcrübəli insanlarla bir araya gəlmək şansları var. Eksperimentlərdən, risklərdən qorxmayın. Yeni metodları sınaqdan keçirin. Bu minvalla yaxşı nəticələr əldə edə bilərsiniz.

Şir - yaxınlarınız sizdən diqqət tələb edəcəklər. Onlarla münasibətləri sərinləşdirməyin. Yardıma ehtiyacı olan insana kömək edin. Mükafat və ya minnətdarlıq gözləməyin.

Qız - günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə edin. Önəmli irəliləyişə nail ola bilərsiniz. Saatlar keçdikcə daha ehtiyatlı olun. Rəqib və bədxahların sayı artacaq, onlar daha məkrli olacaqlar.

Tərəzi - mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin. Günün ikinci yarısında işdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur. İstənilən yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır. Öz qüvvənizə güvənin. Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq. Daha təcrübəli insanlar məsləhətlərinizə qulaq asacaqlar.

Əqrəb - rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin. Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma endirin.

Oxatan - maliyyə və pul məsələlərində tələsik qərarlar verməyin. Bədxərclik etməyin. Dəvət aldığınız yerə yollanın. Ən adi, rutin işlərə yaradıcı yanaşsanız, axşam saatları maraqlı keçəcək.

Oğlaq - yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün sizi aldatmağa çalışan insanlar yetərincədir. Günün ilk yarısında həssas olun. İdeya və planlarınızı kimləsə bölüşməyin. Onlardan faydalanmaq istəyənlər var.

Dolça - rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər qazanmayın. Yeni tanışlıqlar üçün pis zaman deyil. Fəqət yeni münasibətilərdə romantika aramayın. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Balıqlar - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.

Milli.az


Müəllif:

Oxşar xəbərlər