24 Avqust 2016 15:07
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Kütləvi çıxarış” kampaniyasını davam etdirir.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, növbəti kampaniya avqustun 24-də Abşeron rayonu, Xırdalan şəhərində yeni tikilmiş binanın sakinləri üçün keçirilib. Kampaniya zamanı vətəndaşlar komitənin mobil ofislərində birbaşa yaşadıqları binanın həyətində qeydiyyat xidmətlərindən faydalanıb.

Kampaniya çərçivəsində 100-ə yaxın bina sakini öz mənzillərinə dair çıxarışlar əldə edib. Həmçinin bir qisim sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib.

Xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.


Müəllif:

Oxşar xəbərlər