Beynəlxalq astronom və alimlərdən ibarət qrup uzunmüddətli araşdırmaların nəticəsində Yer kürəsinə çox bənzəyən yeni planet aşkar ediblər.
Moderator.az xəbər verir ki, “Proxima” adı verilən planet Yerdən 1.3 dəfə böyükdür. Planet dünyadan 1.2 işıq ili qədər uzaqdır. Alimlər qrupu Yer kürəsinə ən çox bənzəyən planetin 30 illik araşdırmalardan sonra aşkarlandığını qeyd ediblər.
Kornegi Araşdırma Cəmiyyəti “proxima” ilə bərabər Yer kürəsinə yaxın olan yüzlərlə kiçik planetin də kəşf olunacağını bəyan edib.