AAAF Park Yaşayış Kompleksi Müqəddəs Qurban Bayramı münasibəti ilə sentyabr ayının sonuna qədər möhtəşəm “KAMPANİYA YAĞIŞI”nı təqdim edir!
Bu kampaniya çərçivəsində hər kəs 3 sərfəli şərtdən birini seçərək mənzil sahibi olacaq.
NAĞD ÖDƏNİŞLƏRƏ 40% ENDİRİM!
AAAF Park Yaşayış Kompleksində yerləşən bütün layihələr üzrə nağd ödənişlə mənzil alan hər bir müştəriyə şirkət tərəfindən 40% endirim ediləcəkdir. Bu zaman şirkət tərəfindən 40%-lik məbləğin hədiyyə olunması ilə əlaqəli qəbz də təqdim olunacaq.
Bu şərtlər üzrə hazır binaların 1m2-i 510 manat, tikilməkdə olan binaların 1m2-i 450 manat, mansard tipli mənzillərin 1m2-i 390 manat, mansard mənzillərin 1m2-i isə 330 manat təşkil edir.
10% İLKİN ÖDƏNİŞDƏN BAŞLAYARAQ 20 İLƏ QƏDƏR!
Bu şərtlərlə ilkin ödəniş 10%-dən başlayaraq 20 il müddətinə qədər mənzil əldə edə bilərsiniz. Belə ki, 10 ilə qədər 10%, 11 ilə qədər 11%, 12 ilə qədər 12% və nəhayət 20 illik kredit üçün 20% ilkin ödəniş şərtləri ilə mənzil sahibi olmaq mümkündür.
Bu şərtlər üzrə satışa çıxarılan mənzillərin 1m2 -nin qiyməti 950 manatdır. Mansard mənzillərin isə 1m2 -i 675 manatdan təklif olunur.
AÇARINI TƏHVİL AL, ÖDƏMƏYƏ SONRA BAŞLA!
Kampaniyaya əsasən, hər mənzil almaq istəyən vətəndaşımız AAAF Park Yaşayış Kompleksinin 19 saylı küçəsində inşa edilən 15 mərtəbəli yeni yaşayış massivindən 1, 2 və 3 otaqlı mənzilləri və 28 saylı küçənin mansard mənzillərini çox rahatlıqla əldə edə biləcək. Bu şərtlər üzrə aylıq ödənişləri mənzilin açarını təhvil aldıqdan sonra edəcəksiniz.
İlkin ödəniş olaraq 20% tələb olunur. Geri qalan ödənişləri isə açarı təhvil aldıqdan sonra 20 il müddətinə qədər ödəmək mümkündür. Bu mənzillərin 1m2 -i 950 manatdır, mansard mənzillərin isə 1 m2 -i 675 manat təşkil edir.
Mənzil alan hər kəsə İLKİN TƏMİR HƏDİYYƏ olunacaqdır. İlkin təmir dedikdə, divarların ağardılması, santexnik boruların çəkilməsi, elektrik xətlərinin evin içərisində lazımi nöqtəyə qədər çəkilməsi nəzərdə tutulub.
Bütün şərtlər faizsiz, heç bir arayış tələb olunmadan tək şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir.
Tələsin! Mənzillərin sayı məhduddur!