Türkiyə mediasında Azərbaycan və Ermənistan gənclərinin sülh naminə bir araya gəldiyi bildirilir.
Teleqraf.com-un dunyabulteni.net-ə istinadən xəbərinə görə, iki ölkənin gəncləri Eskişəhərdə görüşərək, sülh əldə etməyin yollarını müzakirə ediblər.
Ermənistanın "Aqos" qəzetində yer alan xəbərdə isə hər iki ölkədən olan gənclərin ortak keçmişlə bağlı bilgiləri paylaşdıqları bildirilir.
Qeyd edək ki, iki ölkə gənclərinin görüşü 20-26 avqustda baş tutub.
Tədbirə qatılanlar Eskişəhərin musiqi qrupunun müşayiəti ilə "Sarı gəlin" mahnısını Azərbaycan və erməni dilində ifa ediblər.
Tədbirə Azərbaycandan 6, Ermənistandan 4, Türkiyədən 2 gənc qatılıb.
Nihad