29 Avqust 2016 19:17
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yaşayan azərbaycanlılar ilə Azərbaycanda yaşayan ukraynalıların birgə Alyansı yaradılıb.
Azərbaycan Ukrayna Konqresindən "Report"a verilən məlumata görə, bu məqsədlə Kiyevdə təşkilat sədri Yura Osadçenko ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev arasında memorandum imzalanıb.

İmzalanma mərasimində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib. Birgə Alyansı yaradılması ilə bağlı imzalanan memorandumda ölkə başçısı Petro Poroşenkonun Azərbaycana səfərindən sonra ölkələr arasında əlaqələrin dinamik mərhələyə qədəm qoyması, səfər zamanı hər iki prezidentin əlaqələrin inkişafında iki ölkədəki icmaların fəaliyyətinin önəmli olmasını əsas gətirməsinə istinad olunub.
Alyans iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın dərinləşməsinə töhfə verməyi əsas götürür, hər iki ölkənin ərazi bütövlüyünün pozulması hallarının dünya birliyinə çatdırılması missiyasına qoşulur. Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin və digər resurslarının Ukraynada təbliği, o cümlədən eyni sahələr üzrə Ukraynanın Azərbaycanda təbliği Alyansın əsas məqsədi sayılır.


Müəllif:

Oxşar xəbərlər