Prezident İlham Əliyev Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un xəbərinə görə, sərəncamda deyilir ki, hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilsin.