1 Sentyabr 2016 09:09
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihənin icrasını həyata keçirir.

Teleqraf.com xəbər verir ki, həmin layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Göyçay rayonunda keçirilib. Təşkilatın nümayəndəsi Leyla Şərifzadə tədbirdə çıxış edərək layihənin məqsədi haqqında məlumat verib, maraqlı bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya və tədbirin təşkili üçün yaradılan şəraitlə bağlı Göyçay rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Rəxşəndə Rəsulova öz çıxışında mövzunun aktuallığını qeyd edərək, rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirmiş, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.

S.Qəhrəmanova insanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat vermiş, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırlmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsi vacibdir. Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə üsulları barədə məlumat verilib.

Tədbirdə iştirak edən qadın hüquqları və gender məsələləri üzrə ekspert Rəna Mirzəzadə məişət zorakılığı və erkən nikahla bağlı öz fikirlərini bölüşmüş, zorakılığın növlərini, əsas səbəb və nəticələrini göstərib.

Qadınlara qarşı iqtisadi zorakılıq haqqında danışan “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva qadınların ictimai həyatda rolunun artırılmasının, onların məşğulluğunun təmin olunmasının vacibliyini vurğulamış və müsbət təcrübələrini bölüşüb.

Göyçay rayon qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova öz çıxışında ailə münasibətlərinin hüquqi əsaslarından, gənc ailələrdə nikahın pozulması hallarının yaranma səbəblərindən və nikahdan əvvəl tibbi müayinə və reproduktiv sağlamlıq haqqında maarifçilik işinin əsaslarından bəhs edib.


Müəllif:

Oxşar xəbərlər