2 Sentyabr 2016 16:22
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Muxtar Maniyev xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya aktyorun həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 2-də xalq artistinin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər.

Maniyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Muxtar Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.


Müəllif:

Oxşar xəbərlər