Ankara yaxınlığında qoyun otaran çoban bir çanta dolu dollar tapıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ankaranın Kazanlı qəsəbəsində, hərbi hava qüvvələrinin hərbi hissələrindən birinin ərazisinə yaxın çöllükdə baş verib.
Belə ki, bu ərazidə heyvan otaran çoban içi dollarla dolu bir çanta tapıb. Bundan dərhal sonra çoban otardığı heyvanların sahibi Əhməd Gürağacı axtarıb və hadisəni ona danışıb. Əhməd Gürağacı da öz növbəsində kəndin muxtarı Xəlil İbrahimə və Jandarma Komandanlığına məlumat verib. Məlumat verildikdən sonra jandarma qrupu hadisə yerinə gələrək vəziyyətlə tanış olublar. Bəlli olub ki, çobanın tapdığı çantanın içərisində 200.000 ABŞ dolları olub.
İlkin versiya budur ki, çobanın tapdığı bir çanta pulu 15 iyul dövlət çevrilişinə cəhd edən tərəfin nümayəndələrindən biri ataraq canını qurtarmaq haqda düşünüb.
Qeyd edək ki, 15 iyul çevrilişi zamanı Ankaranın Kazanlı qəsəbəsinin sakinlərindən 9 nəfəri şəhid olub, 92 nəfər isə yaralanıb.
Cavid