Xalq artisti Muxtar Maniyev ötən gün xəstəxanaya yerləşdirilib.
Aktyorun oğlu Teleqraf.com-a bildirib ki, Muxtar Manıyevin səhhəti orta-ağır olaraq qalır: “Hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir. Şəkərli diabet və təzyiqdən əziyyət çəkir. Xəstəxanada nə qədər qalacağı bilinmir. Yanına heç kim buraxılmır. Həkimlər sağ olsunlar əllərindən gələni edirlər.
Deyim ki, biganə yanaşırlar, xeyr. Tam həkim nəzarətindədir. İnşallah yaxşı olar. Dövlətimiz, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi sağ olsunlar, səhhəti ilə maraqlanırla”.
Ağır şəkər xəstəsi olan Muxtar Maniyevin hər iki ayağı amputasiya edilib.