3 Sentyabr 2016 20:10
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazın Qarğalıq kəndində selin törətdiyi fəsadlar aradan qaldırılır.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənddə təbii fəlakətin ciddi zərər vurduğu 12 yaşayış evindən 6-da sel suları xüsusi nasoslar vasitəsi ilə təmizlənib. Bunun üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının 30 nəfər canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Evlərin zirzəmilərinə dolan təqribən 1 metr hündürlüyündəki suyun çəkilməsi üçün 9 nasosun dan istifadə edilir.

Kəndin içməli su təminatında yaranan problemi aradan qaldırmaq üçün yaşayış məntəqəsinə xüsusi su daşıyan maşınlar cəlb olunub.

Qeyd edək ki, sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan sel Xaçmaz rayonunun bir sıra kəndlərində ciddi fəsadlar törədib. Qaraçayın məcrasından çıxması nəticəsində rayonunun Qarğalıq və Qarabağlı kəndlərində sel suları evləri və təsərrüfat sahələrini basıb.


Müəllif: