İranın 5 əyalətində leysan yağışları və qasırğa nəticəsində ən azı 7 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə sentyabrın 3-də Xilasetmə İşləri Təşkilatının rəhbəri Nasir Şərhsaz məlumat verib.
O bildirib ki, daşqınlar nəticəsində 4 nəfər batıb, daha 3 nəfəri isə ildırım vurub.
Ötən cümə Mazandaran, Gülüstan, Semnan, Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinə güclü leysan yağışları yağıb. Nəticədə 21 şəhər zərər çəkib və xilasedicilər 6 mindən çox insana köməklik göstəriblər.
Dəyən maddi ziyanın miqyası hələ ki, məlum deyil.