2016/2017-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Teleqraf.com-a verilən məlumata görə, boş qalan 1220 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5629 abituriyent ərizə təqdim edib. Onlardan 1077 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
İlhamə ƏBÜLFƏT