Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir edilən binada başlayacaq.
Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.