Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Şəmkirdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.
Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 9-da Şəmkir şəhərində Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib.
Sentyabr ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.
İlhamə ƏBÜLFƏT