7 Sentyabr 2016 13:42
2 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 3 ildə 49 xəstəyə canlı donordan böyrəkköçürmə əməliyyatı aparılıb. Hazırda 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə gözləyir”

Teleqraf.com xəbər verir ki, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov jurnalistlərə açıqlamasında deyib.

Şahlar Nəsirov deyib ki, Respublika Klinik Uroloji Xəstəxanasında il ərzində 1200-ə qədər cərrahiyə əməliyyatları icra olunur: “Uşaq uroloji şöbəsi üzrə isə il ərzində 2100-dən artıq xəstə ambulator müayinədən keçirilir. Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyata məruz qalır”.


Şahlar Nəsirov qeyd edib ki, bu günə qədər Azərbaycanda 732 böyrək köçürülməsi əməliyyatı aparılıb: “Böyrək köçürülməsi əməliyyatlarının uğur göstəricisi dünya üzrə 95-97, Azərbaycanda 92-95 faizdir. Son beş il ərzində əməliyyatlarda yalnız bir xəstədə ölüm halı qeydə alınıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər