8 Sentyabr 2016 01:52
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova bu gün mükafatlandırılıb.

Teleqraf.com Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Səhiyyə Şöbəsində mükafatın rəsmi təqdimatına dair tədbir təşkil olunub.

İclasda hadisənin təfərrüatları vurğulanıb. Qeyd olunub ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.

Elə bu zaman sürətlə aşağı düşən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb.

Qeyd edək ki, Ç.Cahangirova təcili tibbi yardım həkimi çalışır. O, balaca Cavidi xilas etdiyinə görə özünü xoşbəxt hiss etdiyini deyib.


Müəllif:

Oxşar xəbərlər