Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunda yağan yağışlar səbəbindən yaşayış evlərinə və həyətyanı sahələrə suyun dolması barədə məlumat daxil olub.
Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və suçəkmə işlərinin aparılması təmin edilib.