9 Sentyabr 2016 15:05
424

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişmiş 32 yaşlı Nurlana Quliyevanın ölüm səbəbini Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasında araşdırılacaq.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Nurlana Quliyeva ğcabədi Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub: “Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib və ölümlə nəticələnib. Nurlana Quliyevanın 2500 qram çəkidə doğulmuş qızının vəziyyəti stabildir”.

Nazirlikdən qeyd olunur ki, Nurlana Quliyevanın nəşi müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Ekspert müayinəsindən sonra ölümün səbəbləri Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasında araşdırılacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif: