10 Sentyabr 2016 09:23
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda beş otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz rayonun Yataqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 m2 sahədə, 2-ci mərtəbəsində iki otağının yanar konstruksiyaları və ev əşyaları 52 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: