Sentyabrın 12-də saat 09:00-da Təzəpir məscidində Qurban bayramı münasibəti ilə bayram namazı qılınacaq.
Teleqraf.com-un məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bayram günlərində qurum gücləndirilmiş iş rejiminə keçəcək. Bayram günlərində (12-13 sentyabr) Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birlikdə dörd ünvanda: "Nargilə"kafesinin yanı, "Meyvəli" ticarət mərkəzinin yaxınlığı, "Keşlə" bazarının yanı, Şərifzadə küçəsində qurbanlıq heyvanların satışını təşkil edəcək. Həmin satış yerlərində qiymətlərin digər yerlərdən ucuz olacağı bildirilir.