12 Sentyabr 2016 20:13
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb.


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Publika.az bildirib ki, payız ölkəyə sentyabrın 22-də saat 18:21-də daxil olacaq.


"Bu il qış isə Azərbaycana dekabrın 21-i, saat 14:44-də daxil olacaq", - deyə X.Mikayılov əlavə edib.


Müəllif: