Azərbaycanı 22 iranlı məhbusu ölkəsinə təhvil verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi "Tasnim" xəbər agentliyinə bildirib.
Qaşqavi 22 iranlı məhbusun sentyabr ayının 12-də İrana təhvil veriləcəyini deyib.
"İranın Bakıdakı səfirliyinin cəhdləri və xaricdə yaşayan iranlılarla iş üzrə departamentin gördüyü işlər nəticəsində İran İslam Respublikası və Azərbaycan Respublikası arasında məhbusların dəyişdirilməsi razılaşmasına uyğun olaraq 22 (iranlı) məhbus Qurban bayramı günü (12 sentyabr) təhvil veriləcək," agentlik cənab Qaşqaviyə istinadən bildirib.