13 Sentyabr 2016 09:49
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayın sonunadək Bakıda STEP IT Academy - kompüter akademiyası açılacaq.

Bunu Trend-ə layihənin meneceri Aleksey Sleptsov deyib.

Kompüter akademiyası IT təhsildə ixtisaslaşan beynəlxalq tədris müəssisəsidir.

Onun sözlərinə görə, kompüter akademiyasında təhsil müəllif metodları üzrə Azərbaycan və rus dillərində aparılacaq.

Kompüter akademiyasının proqramı 2,5 ilə hesablanıb. Təhsilini başa vuran tələbələr bu akademiyanın beynəlxalq diplomunu, eləcə də tərəfdaş şirkətlərin (Microsoft, Cisco и Autodesk) beynəlxalq sertifikatlarını ala biləcəklər.

STEP IT Academy-də 15-55 yaş arasında olan insanlar peşəkar kompüter təhsili alacaqlar.


Müəllif: