13 Sentyabr 2016 11:23
402

ADR Hərəkatının sədri Qubad İbadoğlu 45 yaşını İsveçin paytaxtı Stokholumda qeyd edir.

Teleqraf.com xəbər verir ki, bu haqda hərəkat sədrinin özü məlumat verib. O, qeyd edib ki, bu gün səhər saatlarında İsveç parlamentində bir sıra görüşləri nəzərdə tutulub: “Səhər mehmanxanadan çıxarkən aldığım çoxsaylı mesajlardan sonra ad günü əhval-ruhiyyəsi yaransa da, doğmalardan və sizlərdən uzaqda onu qeyd etmək niyyətində deyiləm. Bəlkə də belə olması daha yaxşıdır. İndicə fürsət tapıb, sizlərin xoş arzularını oxuyaraq, həyatımın geridə qalan 45 ilini vərəqləyirəm. Fikirləşirəm ki, ən xöşbəxt günlərim doğulduğum və boya başa çatdığım, hazırda həsrətlə və heyranlıqla xatırladığım Qarabağla bağlıdır. Ömrümün 22 ili, demək olar ki, tən yarısı Azərbaycanın o dilbər güşəsinə məxsusdur. Demokratiya və rifah uğrunda çalışmalarımız indiyədək davam edir. Fürsətdən istifadə edib, müqəddəs Qurban bayramınızı da təbrik edirəm, əziz müsəlman qardaş və bacılarım!”.

Nemət


Müəllif: