13 Sentyabr 2016 13:37
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabrın 10-da sərnişin sıxlığının qarşısının alınması məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 550-dən artıq avtobus marşrut xəttinə buraxılıb. Həmin gün avtovağzaldan 14 min nəfərdən artıq sərnişin daşınıb”.

Bunu Teleqraf.com-a açıqlamasında kompleksin növbə rəisi Məhəmməd Abdullayev deyib.

Növbə rəisi bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksndə sərnişin sıxlığı əsasən, sentyabrın 10-u və 11-də hiss olunub: “Bayram günləri ilə əlaqədar avtovağzal gücləndirilmiş iş rejimində işləyib. Sentyabrın 11-də isə 500-dən artıq avtobus 13 min nəfərdən çox sərnişinə xidmət göstərib. Hazırda sərnişin sıxlığı yoxdur, marşrutlar normal qrafik üzrə hərəkət edir. Bayramın son günü ilə əlaqədar artıq rayonlarda sərnişin sıxlığının qarşısını almaq məqsədilə bölgələrdən Bakıya gələn marşrutlardakı avrobusların sayı artırılıb”.

Məhəmməd Abdullayev qeyd edib ki, adi günlərdə avtovağzaldan gün ərzində 380-400 nəqliyyat vasitəsilə 9-10 min nəfər sərnişin daşınır.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər