2015-ci il Azərbaycanda 27 min 452 qadın abort etdirib.
Dövlət Statistika komitəsindən Teleqraf.com-a verilən məlumata görə, abort etdirənlətdən 16 min 31 nəfəri 15-29 yaş arasında olan gənc qadındır.
Abort etdirən 1485 qadının yaşı 20-yə qədərdir.
Hamiləliyini öz istəyi ilə sonlandıran qadınlardan 50 nəfəri 15-17 yaş, 1425-i 18-19 yaş, 5983 qadın 20-24 yaş, 8573 qadın 25-29 yaş arasındadır.
15-49 yaş arasında hər 1000 qadına 10,3 abort düşür.
Qeyd edək ki, abort etdirənlərin sayı 2012-ci ildə ən yüksək həddə olub. Həmin il 31038 qadın abort etdirib ki, onlardan 18764 nəfəri 15-29 yaş arasında olan gəncdir.
Onlardan 1147 nəfəri 20 yaş, 63 nəfər 15-17 yaş, 1084 nəfəri 18-19 yaş, 7282 nəfər 20-24 yaş, 10335 nəfər 25-29 yaş arasında olub.
İlhamə ƏBÜLFƏT