14 Sentyabr 2016 14:25
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəb üçün yeni tədris korpusu tikilib.


APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, 1963-cü ildən fəaliyyətdə olan məktəbdə bir neçə il bundan əvvəl əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, məktəbin maddi-texniki bazası möhkəmləndirilib. Lakin sonradan şagird sıxlığına görə məktəbin genişləndirilməsi zərurəti yarandığından ərazidə yeni korpusun tikintisinə başlanıb. Yeni korpusda 800 şagird yerlik 40 sinif otağı yaradılıb. Bütün sinif otaqları əyani vəsaitlər, tədris ləvazimatları ilə tam təchiz olunub. Yaradılan şərait isə ümumilikdə 1150 şagirdin təhsil aldığı məktəbin imkanlarını daha da genişləndirib. Belə ki, yeni dərs ilindən həm Azərbaycan, həm də rus bölmələrindən ibarət olan məktəb birnövbəli rejimə keçir.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, Bilik günündə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək.

***

Azərbaycan prezidenti Nizami rayonundakı 12 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə də tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezident İlham Əliyevə məlumat verib ki, əsası 1974-cü ildə qoyulan bu məktəb bir neçə il bundan əvvəl əsaslı təmir olunub. Lakin ərazidə əhali sıxlığının artması məktəbə gələn şagirdlərin sayının çoxalmasına təsir göstərdiyindən 12 nömrəli məktəb üçün də yeni korpusun tikintisinə qərar verilib. Bununla da 960 şagird yerlik məktəbin ərazisində 432 şagird üçün nəzərdə tutulan və 18 sinif otağından ibarət yeni bina inşa olunub. Nəticədə məktəb birnövbəli sistemə keçib.

***

Azərbaycan prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı həmçinin Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.


Müəllif: