Azərbaycanda həyati vacib və təcili hallarda istifadə olunan dərman preparatlarının siyahısı açıqlanıb.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, siyahıda 305 adda dərman vasitəsinin adı əks olunub. Onlara müxtəlif tabletlər, kremlər, məlhəmlər, inyeksiya üçün məhlul, göz-burun damcıları, kapsul və digər dərman vasitələri daxildir.
305 adda dərman preparatından 115-i pərakəndə aptek şəbəkəsində mövcudluğu məcburi olan dərman preparatlarıdır (beynəlxalq patentləşdirilməmiş ad altında).
Siyahı ilə bu linkdən tanış olmaq mümkündür: http://pharma.az/az/pages/id:64