14 Sentyabr 2016 18:37
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yerləşən bəzi universitetlərin Qəbələ şəhərinə köçürüləcəyi ilə bağlı xəbər yayılıb.

Məlumata görə, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulur. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti aiddir. Dövlət Neft Akademiyasının köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.

Təhsil ekspertİ Nadir İsrafilov Universitetlərin Qəbələyə köçürülməsi ilə bağlı xəbəri Teleqraf.com-a şərh edib.

Ekspertin sözlərinə görə, universitetlərin Qəbələyə köçürülməsi reallaşsa, bunu alqışlamaq lazımdır: “Dünya təcrübəsinə nəzər salsaq görərik ki, ən aparıcı universitetlərin kampus sistemi var. Həmin yerdə tələbənin təhsil alması üçün hər bir şərait yaradılır. Burada dərnəklər, kitabxanalar, yeməkxanalar olur. Tələbənin isə oxumaqdan başqa bir işi qalmır”.


Nadir İsrafilov ali məktəblərdə təhsilin keyfiyyətini aşağı salan əsas səbəb kimi sosial problemləri qeyd edib: “Tələbələr Bakıda kirayə qalır, şəhərin içərisində bu tıxaclarla dərsə gedib-gəlirlər. Bu layihə zamanı tələbələr üçün yollarda əlavə vaxt itkisi olmayacaq. Tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yaxçı təhsil ala biləcəklər.

Düşünürəm ki, təhsil mühitinin yaradılması üçün universitetlərin köçürülməsi önəmli addımdır.

Qəbələ tanınmış regionlardan biridir. Universitetlərin ora köçürülməsi müsbət haldır. Köçürülmə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların (kampus - müvafiq maddi texniki bazaya və infrastuktura malik təhsil kompleksi və şəhərciyi - red.) yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur. Qısa bir zamanda bu prosesin baş tutması təhsilin inkişafına kömək edəcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər