15 Sentyabr 2016 10:36
3 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsindən 98 il ötür.

Teleqraf.com bu mövzuda professor Qafar Çaxmaqlının yazısını təqdim edir.

Bu gecə 15 sentyabrda sabaha doğru axşamdan bəri təsirindən ayrıla bilmədiyim bir kitab vardı həyatımda. Ona görə belə deyirəm ki, “Nuri Killigil” kitabının yazarı Atilla Orala heyran oldum.

Şübhəsiz ki, 1000 səhifəlik kitabı bir günə oxumaq mümkün deyil. Amma vərəqləyib heyran olmaq olar. Bu hadisənin 15 sentyabra dəng gəlməsinin də xüsusi önəmu var. 15 sentyabr 1918-ci il Nuri paşanın (Killigilin) qurduğu Qafqaz İslam Ordusu tərəfindən Bakının qurtuluş günüdür. Bu zəfəri həzm eləməyən ermənilər hələ o zaman Nuri paşa haqqında olmazın böhtanlar yaymağa başlamışdılar. Hayrenik” yazmışdı ki, “ Ənvər paşanın bəradəri fərari Nuri paşa İrəvan yaxınlığında qətl edilmişdir”, bir başqa erməni qəzeti onun əsir götürüldüyünü, hətta qulağıkəsik Anraniklə Qarabağda savaşda 7 min əsgərlə təslim olduğunu yazmışdılar. Hələ doğma Vətənində nələrlə rastlaşdığını demirik. Atilla Oral bütün bunları sənədlərlə titizliklə ortaya qoymuşdur

Atilla bəy bu kitabı 20 ilə ortaya qoyub. materialları toplayıb, elə fotolar, şəkilllər, bəlgələr toplayıb ki, onu bir institut illərlə çalışsa onu edə bilməz. Evini ipateke qoyaraq borc alıb, nəşr etdirib. Millət qarşısında, Türklük qarşısında, Nuri paşanın xidmətləri qarşısında borcunu yerinə yetirib.

Nuri paşanın İstanbul Edirne yolundakı qəbristanlıqda İlk dəfə gəldiyi Nuri paşanın xilas etdiyi şəhərdə nələr yaşadığını, hansı hisslər keçirdiyini görməmək mümkün deyil məzarını da o tapıb, Nuri paşa torpağa tapşırılarkən ona qılınmayan namazı da o qıldırıb. Nədən ona namaz qılınmayıb bilirsinizmi?

Nuri paşaya məxsus silah fabrikası partladılarkən parça- aprça olmuş Bakı fatehinin cəsədi yetərli olmamışdır!.. Bir namazı belə ona qıymamışdılar.

15 sentyabrı, Bakının erməni bolşevik qüvvələrdən təmizləndiyi tarixi andığımız bu günlərdə Nuri paşanın bütün həyatı, geçdiyi yol haqqında belə bir dəyərli kitab ortaya qoyan yazarı ilk dəfə Bakıya ayaq qoyarkən yəqin ki, maraq etmişdir: Onun xilas etdiyi şəhərdə Nuri paşanın xatirəsini yad ediləcək yer varmı, hanı onun adına verilmiş küçə, park? Mən əminəm bu kitabı oxuyan hər kəs təkidlə soracaq: Hanı Nuri paşanın heykəli? (Modern.az)


Müəllif:

Oxşar xəbərlər