Bakının Xəzər rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb.
Daha bir azyaşlı hündürlükdən yıxılıb. Teleqraf.com-un məlumatına görə, sentyabrın 14-də Paytaxtın Nizami rayonunda 3 yaşlı Fərid Hüseynov evlərinin eyvanından (5 mərtəbəli binanın 3-cü mərtəbəsindən) yıxılıb. Xəstəxanaya gətirilmiş uşaq orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov