15 Sentyabr 2016 12:10
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada 18 yaşlı gənc qız valideynlərini məhəkəməyə verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ana və atanın qızlarının yüzlərlə uşaqlıq fotolarını Feysbuk sosial şəbəkəsində paylaşması olub.

Hadisə ölkənin cənubundakı Karinsia bölgəsində baş verib: "Heç utanıb qızarmırlar, sərhəd gözləmirlər. Tualetdə oturanda, çarpayıda çılpaq uzananda çəkdikləri fotolarımı paylaşıblar".

Gənc qızın sözlərinə görə, ana və atası 2009-cu ildən bu günə kimi 700 foto paylaşıb: "Onlardan bu şəkilləri silməsini istədim. Silmədilər. Mən də məhkəməyə müraciət etdim".

Elvin


Müəllif:

Oxşar xəbərlər