Uzun illərdir ki, aşağı siniflərdə oxuyan şagirdlərin ağır çanta götürməsi ilə bağlı narahatlıqlar ifadə edilir. İş orasındadır ki, satılan çantaların çəkisi fərqlidir. Çünki bu çantalar Türkiyə, Rusiya və daha çox Çin istehsalı olur. Bəzi çantaların çəkisi isə 4 kiloqramdan az olmur. Üstəlik çantaya qoyulan gündəlik fənn kitabları, dəftərlər, habelə digər ləvazimatlar son anda ağır bir yük halına gəlir. Təcrübəli həkimlər isə şagird çantalarında 4 kiloqramdan artıq yük olmasının uşaqlara fiziki baxımdan təsir etdiyini bildirilər.
Teleqraf.com xəbər verir ki, bu narahatlığı "Bilik günü"ndə Türkiyənin məşhur həkimi Haqqı Özdəmir də gündəmə gətirib.
Həkim bəyan edib ki, məktəbli çantaları uşaqların onurğasında pozuntulara səbəb ola bilər. Özdəmir bu səbəbdən də yeni tədris ilində valideynlərə övladlarının ağır çanta götürməməsi haqda ciddi xəbərdarlıq edib.
Kompüter və ağır çantaların gündəlik həyatın vazkeçilməz hissəsi olduğunu xatırladan uzman həkim belə ağır yüklərin daşınmasının insanın qamətinin əyilməsinə gətirib çıxardığını bildirib: “Onurğada baş verən deformasiya nəticəsində ortaya çıxan kifoz artımı, skolioz ən çox bel və kürək nahiyələrində olur. Ortaya çıxan bu əyrililik zaman keçdikcə insan həyatına mənfi təsir etməyə başlayır. Skolioz və kifoz artımı inkişaf edən insanlarda bir kürək sümüyünün digərinə münasibətdə daha yuxarıda olması, bel və kürəkdə əyrilik kimi əlamətlərlə müşahidə edilir. Ayrıca belə şəxslərdə sonradan yorğunluq, bel və kürək ağrıları, nəfəs darlığı əlamətləri ortaya çıxır”.
Haqqın Özdəmir bu səbəblərdən də ailələri uşaqlar üçün orta məktəb çantası seçərkən diqqətli olmağa çağırıb: “Çanta əsla ağır olmamalı, maksimum 4 kiloqram ağırlığında olmalı, tək əllə və tək çiyinlə daşınmamalıdır. Təkərli çantalardan məktəblərdə daha çox istifadə edilməyə başlanıb. Bəzən bu şagirdlər üçün yaxşı variant hesab olunur. Amma eyni zamanda belə çantaları nərdivandan yuxarı çıxarmaq, dəhlizlərə düşürmək kimi təhlükəsi olur”.
CAVAD