15 Sentyabr 2016 15:11
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Avropa-Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

AZAL-dan Teleqraf.com-a verilən məlumata görə, bu model smartfonun qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər