16 Sentyabr 2016 11:42
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuri Lutsenkoya müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib.

Baş prokuror müraciətində Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlərin ictimaiyyət arasında geniş rezonans doğurduğunu bildirib. O, bu cinayət işlərinin istintaqının Ukraynanın cinayət-prosessual qanunvericiliyi və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılacağı və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əmin olduğunu ifadə edib.

Hacı Zeynalov


Müəllif: