Bakıda “KFC” restoranlar şəbəkəsinə məxsus kafedə 3 uşaq zəhərlənib.
Bu barədə məlumat verən valideynlər uşaqların dünən günorta saatlarında 28 May metrosu yaxınlığında yerləşən “KFC”-də yemək yediklərini deyiblər.
Axşam hər 3 uşağın vəziyyəti pisləşib. Bu gün səhər saatlarında uşaqlar xəstəxanaya aparılıblar. Onların vəziyyəti ağırdır.
“KFC” şəbəkəsinin baş ofisi ilə əlaqə saxladıq. Şirkətdən Teleqraf.com-a bildirildi ki, uşaqların “KFC”-dəki qidadan zəhərlənmələri ilə bağlı məlumatlıdırlar: “Zəhərlənmə xəbəri düzdür, amma bu barədə əlavə məlumat verə bilmərik. Yaxın vaxtda açıqlama yayacağıq”.
İlhamə ƏBÜLFƏT