“Avqust ayı ərzində nikaha daxil olmaq istəyən cütlüklərdən icbari tibbi müayinə zamanı 17 nəfərdə QİÇS, 92 nəfərdə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə geniş məlumat verilib”.
Bunu Teleqraf.com-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Zöhrə Əlimirzəyevanın sözlərinə görə, avqust ayı ərzində ümumilikdə 17 min 526 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib: “Ötən ay ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən 672 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. Cəmi 9 cütlüyün hər ikisində bu qan xəstəliyi tapılıb”.
Direktor qeyd edib ki, ötən ilin iyun ayından cari ilin sentyabr ayına kimə ümumilikdə 186 min 564 nəfər tibbi müayinədən keçib: “Onlardan 8 min 711 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. 70 cütlüyün hər iksində bu qan xəstəliyi aşkar edilib. Bu günə qədər 695 nəfərdə siflis, 125 nəfərdə isə QİÇS aşkarlanıb”.
İlhamə ƏBÜLFƏT