Fransa-Azərbaycan Universiteti (UFAZ) fəaliyyətə başlayıb.
Teleqraf.com-un məlumatına görə, yeni universitetin açılışı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutub.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri, xanım Orelia Buşez, Fransa Təhsil Nazirliyinin Avropa və Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri, xanım Marian Brünhof və Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransis Kern iştirak edib.
Bu il UFAZ-a 143 tələbə qəbul olub. UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni təmirdən çıxmış və təchiz olunmuş binasında bakalavr səviyyəsində 4 ikili ali təhsil diplomun hazırlığını həyata keçirəcək.
Universitet 2014-cü ilin sentyabrında Fransa və Azərbaycan Respublikasının prezidentlərinin ikitərəfli görüşü zamanı doğulan iddialı bir lahiyənin nəticəsidir.