Təhsil naziri Mikayıl Cabbarov dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbə hazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planını təsdiq edib.
Əmrə əsasən, dövlәt ümumtәhsil mәktәblәrindә yaradılmış mәktәbә hazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul edilirlәr.
Mәktәbә hazırlıq qruplarında uşaqların sıxlığı belə müәyyәnlәşdirilir: qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 10 uşaq; şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir.
İlk başlanğıc üçün 55 faiz
Təhsil Nazirliyi ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyir ki, “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında” qərara əsasən, bu proses mərhələli şəkildə aparılmalı, 2020-ci ildə uşaqların 90 faizini əhatə etməlidir: “Bu ilin oktyabrından məktəbə hazırlıq kursları başlayır. İlk başlanğıcda uşaqların 55, sonra 65 faizi, daha sonrakı ildə 75, 2020-ci ilə qədər 90 faizinin əhatə olunması nəzərdə tutulub”.
Qeyd edək ki, mәktәbә hazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır, mayın 31-dә başa çatır və hәftәdә 4 gün keçilir. Bir gün әrzindә 3 mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә 10 dәqiqә müәyyәn edilir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә bir qayda olaraq 3 idman dәqiqәsi keçirilir. Hazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları verilməyəcək.
Mәktәbә hazırlıq qruplarında mәşğәlәlәri yalnız ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim aparmalıdır. Qruplarda dәrs ili iki yarımilә bölünür: I yarımil: 1 oktyabr-26 yanvar. II yarımil: 1 fevral-31 may.
Dәrs ili әrzindә aşağıdakı tәtillәr olacaq: 5 gün payız tәtili (16-20 noyabr); 5 gün qış tәtili (27-31 yanvar); 5 gün әlavә tәtil (1-5 may).
Qanun layihəsi hazırlanır
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə, oktyabr ayında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi Elm və təhsil komitəsində müzakirəyə çıxarılacaq: “Qanun layihəsi ilə bağlı işlərə başlanılıb və təkliflər toplanıb. Layihənin ilkin variantı hazırdır və komitədə oktyabr ayında müzakirə olunacaq. Burada bağçalarla bağlı bir çox məqamlar, onların növləri, funksiyaları, tənzimlənməsi, məktəbəqədər təhsil müəssisəsi əməkdaşlarının hüquqları, vəzifələri, beynəlxalq əlaqələri, qida məsələləri əksini tapıb”.
Ekspert Kamran Əsədov deyir ki, Təhsil Nazirliyinin məktəbə hazırlıq kursları təşkil etməsi önəmli addımdır: “Bu kursların əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Bu cür kurslar uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətini inkişaf etdirəcək, azyaşlıların məktəbə uğurla adaptasiya olunmasına, onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasına kömək göstərəcək”.
Ekspertin fikrincə, ölkəmizdə xüsusi istedada malik uşaqların üz tuta biləcəyi müəssisələrin sayı azdır: “Eyni zamanda, idarəçi, müəllim, tərbiyəçi kontingentinin müasir tələblərə cavab verməməsi nəticəsində tədris aşağı səviyyədə təşkil olunur. Dövlət tabeliyindəki məktəbəqədər hazırlıq kursları ilə müqayisədə özəl müəssisələr daha peşəkar formada kadr hazırlayır. Düzdür, özəl məktəbəqədər müəssisələrin xidməthaqqı yüksəkdir, amma xidmət də yüksəkdir. Ümid edirəm ki, bundan sonra dövlət büdcəsinin vəsaiti hesabına orta məktəblərdə təşkil olunacaq məktəbə hazırlığın keyfiyyəti artacaq”.
“Müəllimlərdə səhv tuturlar”
Kamran Əsədovun sözlərinə görə, hər il Azərbaycanda 160 min nəfər birinci sinfə gedir, onların cəmi 25 faizi məktəbəqədər təhsil müəssisələrinə cəlb olunurlar: “Problem bundan qaynaqlanır ki, çox zaman bu peşədə təcrübəsi və təhsili olmayanlar çalışır. Təəssüf ki, bir çox hallarda valideynlər məktəbəqədər hazırlığı yalnız fənlər üzrə hazırlıq kimi düşünürlər. Buna görə də birinci sinfin materiallarını uşaqlara öyrədirlər. Təbii ki, bu səbəbdən uşaqlar birinci sinfə gedən zaman məktəbə uyğunlaşmaqda çətinlik çəkir. Çünki həmin şagird əvvəlcədən o dərsləri keçib və onun üçün keçilənlər maraqlı deyil.
Zaman ötdükcə özünü yaşıdlarından daha ağıllı bilir və müəllimlərdə səhvlər tutur. Çünki hər müəllimin öz öyrətmə üslubu var. Bu üslublar arasında fərqlər yarananda uşaqlar üçün müəyyən sıxıntılar yaşanır”.
Nazirlər Kabineti “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında” qərar verib. Qərarda qeyd edilib ki, dövlət ümumtəhsil məktəblərində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına məktəbə hazırlıq qrupları açılsın və bununla bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.
İlhamə ƏBÜLFƏT