Azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırovu yenidən respublika rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Z.Səmədov özünün İnstaqram səhifəsində ölkə vətəndaşlarının dostu Kadırova olan etibarına görə sevindiyini bildirib: “Əziz qardaşım Ramzan Əhmədoviç Kadırov, Çeçenistan Respublikasının rəhbəri postuna seçilməyin münasibətilə səni ürəkdən təbrik edirəm. Çox şadam ki, ölkə vətəndaşları seçkidə sənə etibar etdi. Əminəm ki, böyük təcrübə və istedadınla bundan sonra da Çeçenistan Respublikasının çiçəklənməsinə çalışacaqsan. Arzu edirəm ki, Çeçenistan Respublikasının işıqlı gələcəyi üçün planlanlaşdırdığın ideyaları həyata keçirə biləsən”.
Qeyd edək ki, Çeçenistanın rəhbəri postuna Kadırovdan başqa “İnkişaf partiyası”nın üzvü İdris Usmanov, “Ədalətli Rusiya” regional şöbəsinin rəhbəri Sultan Denilxanov və respublikanın İctimai Palatasının sədri Qairsolt Basayev də namizədliyini irəli sürmüşdü. Kadırov rəqiblərini üstəyələrək qalib olub. Ramzan Kadırovun səlahiyyətləri mart ayında başa çatmışdı. Bundan sonra prezident Vladimir Putin onu respublika rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin etmişdi.
Kəmalə