21 Sentyabr 2016 14:48
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabrın 19-da Göyçayda kütləvi zəhərlənmənin səbəbi açıqlanıb”.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.

Şöbə müdiri bildirib ki, Göyçayda toy mərasimində istifadə olunan qida qalıqlarından nümunələr götürülüb. Laborator müayinələrin nəticələrinə görə, toyda istifadə edilmiş kələm və yerkökülü salatı, bişmiş mal əti, soyutma mal əti və selofanda gətirilmiş pendirdə bağırsaq çöpləri aşkarlanıb. Mal ətində listeriya manestos, stafilakkok aureus aşkarlanıb. Dilimlənmiş pendirdə protey tapılıb.

İmran Abdullayev qeyd edib ki, bütün bunlar birbaşa qida zəhərlənməsinə səbəb olan amillərdir.

Sentyabrın 19-da Göyçayın Qaraməryəm kəndində keçirilmiş toyda 22 nəfər qidadan zəhərlənib. Hadisə zamanı 12-si uşaq olmaqla ümumilikdə 22 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər